Məxfilik Siyasəti

Məxfilik siyasəti

Bu Məxfilik siyasəti "www.aqro.az" veb-səhifəsinin (bundan sonra – veb-səhifə) təqdim etdiyi xidmətlərdən istifadə zamanı istifadəçilərin ("Siz" və ya "İstifadəçi") fərdi məlumatlarının toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı əsas prinsipləri və tələbləri müəyyən edir. Veb-səhifənin xidmətlərindən istifadə edərək, Siz bu Siyasətdə göstərilənlərlə razılaşırsınız.

Siz veb-səhifəyə hər hansı fərdi məlumatı açıqlamadan daxil ola bilərsiniz.

  • Fərdi məlumatların toplanılması

Veb-səhifədə göstərilən xidmətlərin və fəaliyyətin təmin edilməsi, eləcə də İstifadəçi ilə əlaqə saxlamaq məqsədilə zəruri olduqda fərdi məlumatlar toplanılır. Toplanılan fərdi məlumatlar yalnız Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və bu Məxfilik siyasətinə uyğun şəkildə işlənilir və mühafizə edilir.

Biz fərdi məlumatları yalnız sizin məlumatınız və razılığınız əsasında aşağıdakı hallarda toplayırıq və emal edirik:

Sorğu, əlaqə və ya abunə formasını doldurduqda;

Xəbər bülletenləri və ya yeniliklərə abunə olduqda;

Əlaqə mesajlarına ccavab verdikdə, sorğularda iştirak etdikdə və ya tanıtım fəaliyyətlərinə qoşulduqda.

Toplaya biləcəyimiz fərdi məlumatlara aşağıdakılar daxildir:

Adınız, işlədiyiniz təşkilat və vəzifəniz;

E-poçt ünvanı, telefon nömrəsi və ya poçt ünvanı;

Formalar və ya mesajlar vasitəsilə könüllü olaraq təqdim etdiyiniz hər hansı əlavə məlumat.

Aqro.az veb-səhifəsinə şəxsi məlumatlarınızı təqdim etməklə siz bu Məxfilik siyasətinə uyğun olaraq belə məlumatların işlənməsinə razılıq vermiş olursunuz.

  • Fərdi məlumatların emalı

Toplanmış fərdi məlumatlar aşağıdakı məqsədlərlə işlənilir:

İstifadəçinin veb-səhifəyə təhlükəsiz və rahat girişinin təmin olunması;

Veb-səhifədə istifadəçi hesabının yenilənməsi və idarə olunması;

Veb-səhifənin xidmətlərinin etibarlı, davamlı fəaliyyətinin təmin edilməsi, xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi;

Xidmət keyfiyyətini artırmaq üçün sorğular və bazar araşdırmaları aparmaq.

İstifadəçi razılıq verdiyi halda, ona xəbər bülletenləri, yeniliklər və marketinq məlumatlarını göndərmək.

İstifadəçi sorğularının operativ cavablandırılması və tələb olunan xidmət və ya məlumatları təqdim etmək.

İstənilən vaxt elektron məktublarda göstərilən abunəlikdən imtina təlimatlarına əməl etməklə və ya bizimlə birbaşa əlaqə saxlayaraq, tanıtım xarakterli bildirişləri almaqdan imtina edə bilərsiniz.

  • Fərdi məlumatların verilməsi

Biz sizin şəxsi məlumatlarınızı satmır və üçüncü tərəflərlə paylaşmırıq.

Veb-səhifənin fəaliyyətində zəruri olduqda və yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fərdi məlumatlar aşağıdakı şəxslərə verilə bilər:

Dövlət orqanlarının (qurumlarının) və hüquq-mühafizə orqanlarının qanunvericiliyə uyğun sorğusu və məhkəmə qərarına əsasən;

Hüquq və mənafelərin qorunması məqsədilə qanunla müəyyən edilmiş hallarda;

İstifadəçinin razılığı ilə;

Fəaliyyətin ötürülməsi, yenidən təşkil edilməsi və digər qanuni əsaslarla.

Yalnız əməliyyat məqsədləri ilə səlahiyyətli Aqro.az əməkdaşlarına və xidmət təminatçılarına (məsələn, vebsayt hostinqi, analitika və ya poçt xidmətləri).

Məlumatların üçüncü tərəflərə ötürülməsi yalnız qüvvədə olan məlumatların mühafizəsi tələblərinə uyğun şəkildə həyata keçirilir.

  • Kukilər və digər texnologiyalar

Veb-səhifə istifadəçi təcrübəsini yaxşılaşdırmaq, xidməti fərdiləşdirmək, təhlil aparmaq və təhlükəsizliyi təmin etmək məqsədilə kukilərdən və geolokasiya texnologiyalarından istifadə edir.

Siz brauzerinizin tənzimləmələri vasitəsilə kukiləri idarə edə və ya deaktiv edə bilərsiniz. Kukilərin deaktiv edilməsi xidmətlərin bəzi funksiyalarının məhdudlaşmasına səbəb ola bilər.

  • Fərdi məlumatların mühafizəsi

Veb-səhifə fərdi məlumatların toplanılması və emalı zamanı məlumatların qanuniliyini və təhlükəsizliyini təmin edir. İstifadəçi məlumatlarının icazəsiz əldə edilməsinin, istifadəsinin və açıqlanmasının qarşısını almaq üçün müasir təhlükəsizlik texnologiyalarından və prosedurlarından istifadə olunur.

Nəzərə alın ki, məlumatların internet üzərindən ötürülməsi (məsələn, e-poçt vasitəsilə) tam təhlükəsiz olmaya bilər. Aqro.az bizim ağlabatan nəzarətimizdən kənarda baş verən icazəsiz giriş və ya məlumat itkisinə görə məsuliyyət daşımır.

  • Fərdi məlumatların saxlanılması

Sizin fərdi məlumatlarınız yalnız yuxarıda qeyd olunan məqsədlər üçün və ya qüvvədə olan qanununvericiliyə əsasən tələb olunan müddətdə saxlanılacaq. Artıq lazım olmayan məlumatlar təhlükəsiz şəkildə silinəcək və ya anonimləşdiriləcək.

  • Fərdi məlumatların məhv edilməsi

Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda İstifadəçi barəsində toplanılmış fərdi məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilir.

  • İstifadəçi hüquqları

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Siz aşağıdakı hüquqlara maliksiniz:

Fərdi məlumatlarınızla tanış olmaq;

Qeyri-dəqiq məlumatların düzəldilməsini tələb etmək;

Fərdi məlumatların silinməsini tələb etmək;

Fərdi məlumatların işlənilməsinin məhdudlaşdırılmasını tələb etmək;

Fərdi məlumatların işlənilməsinə etiraz etmək;

Məlumatların toplanılmasına və işlənilməsinə əvvəl verilmiş razılığınızı geri götürmək;

Məlumatların toplanılmasına və işlənilməsinə dair müvafiq nəzarət orqanına şikayət etmək;

Qanunla nəzərdə tutulmuş digər hüquqlarınızı həyata keçirmək.

Hüquqlarınızdan istifadə etmək üçün privacy@aqro.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

  • Məxfilik siyasətində dəyişikliklər

Aqro.az istənilən vaxt bu Məxfilik siyasətini dəyişdirmək və ya yeniləmək hüququnu özündə saxlayır.

Bütün dəyişikliklər bu səhifədə, son yenilənmə tarixi göstərilməklə dərc olunacaq. İstifadəçilərə bu Siyasəti mütəmadi olaraq nəzərdən keçirmələri tövsiyə olunur.

  • Əlaqə məlumatları

Əgər Məxfilik siyasətimizlə bağlı suallarınız və ya narahatlıqlarınız varsa, bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

📧 privacy@aqro.az

📞 +994 12 564 38 01

🏢 Aqro.az LLC, 27A Ahmad Rajabli St., Narimanov District, Baku, Azerbaijan

© 2026 Aqro.az Bütün hüquqlar qorunur.